Nunu Eşpirti Santu ilə yolları ayıran İngiltərənin “Nottingem Forest” klubu Joze Mourinyo ilə danışıqlara başlayıb.
KONKRET.az xəbər verir ki, bunu jurnalist Ben Ceykobusk deyib.
O bildirib ki, ilkin variant kimi “Tottenhem”in sabiq çalışdırıcısı Anqelos Postekoglu göstərilsə də, əsas namizəd “Fənərbağça”dan ayrılan Joze Mourinyodur:
“Tərəflər arasında ilkin danışıqlar müsbət başa çatsa da, yekun qərar verilməyib”.
Qeyd edək ki, sözügedən klub hazırda Premyer Liqada 4 xalla 10-cu pillədə qərarlaşıb.