Bu marşrut üzrə dəmir yoluna nəzarət Talibana verildibackend

Bu marşrut üzrə dəmir yoluna nəzarət Talibana verildi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan Hayratan-Məzari-Şərif dəmir yoluna nəzarəti əfqanlara verəcək

Yeni müqaviləyə əsasən, “Özbəkistan Dəmir Yolları” ASC bütün texniki xidmət rüsumlarını və  gəlirlərin yığılması hüququnu Əfqanıstan Dəmir Yollarına verir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Əfqanıstan Dəmir Yollarının direktoru Bəxt əl-Rəhman Şərafatın sözlərinə görə, bu, mayın 10-da baş verəcək.

Qeyd edək ki, dəmir yolu ayda 2,5-4 milyon dollar gəlir gətirir. Eyni zamanda, Özbəkistana onun saxlanması üçün ildə 18 milyon dollar ödənilir. Taliban bu vəziyyəti milli maraqlara uyğun olmayan hesab edirdi.

Əfqan biznesləri indi daha aşağı yükdaşıma xərclərinə ümid edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*