“Bu, medianın əsas məsuliyyətidir” – Natiq Məmmədlibackend

“Bu, medianın əsas məsuliyyətidir” – Natiq Məmmədli

Bu gün Hüquq və İnsan Haqları İnstitutu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Medianın İnkişafı Agentliyi ilə birgə bir sıra media qurumlarının nümayəndələri üçün məlumat sessiyası təşkil edib.

KONKRET.az xəbər verir ki, tədbir 26 media nümayəndəsinin iştirakı ilə gerçəkləşib.

Tədbirin açılışında İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev Medianın İnkişafı Agentliyi ilə İnstitut arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edib. O, qeyd edib ki, ötən illərdə bir sıra xəbər portallarında paylaşılan xəbərlər insan hüquqlarının pozulmasına dair monitorinq edilib və bununla bağlı İnstitut tərəfindən iki hesabat hazırlanıb. Eyni zamanda, əldə olunan nəticələrdən sonra media nümayəndələri üçün “Media və insan hüquqları” mövzusunda təlimlər də təşkil olunub.

V.İbayev bildirib ki, hazırda üçüncü media monitorinq hesabatı üzərində işlər aparılır və media nümayəndələri üçün növbəti maarifləndirici təlimin sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli də çıxışında “Konstitusiya və Suverenlik İli” çərçivəsində medianın qarşısında duran əsas vəzifələrdən danışıb. O, bildirib ki, bu dövrdə hüquq və azadlıqların, konstitusiya prinsiplərinin cəmiyyətə düzgün çatdırılması medianın əsas məsuliyyətlərindəndir.

O, həmçinin medianın demokratik dəyərlərin təbliğində etibarlı və obyektiv platforma rolunu oynamasının vacibliyini vurğulayıb.

Tədbirin davamında İnstitutun təlimçi-ekspertləri Zümrüd Əlizadə və Heydər Həsən oğlu Əliyev insan hüquqlarının mahiyyəti, Konstitusiyada təsbit olunan əsas hüquqlar və beynəlxalq müdafiə mexanizmləri barədə geniş təqdimatla çıxış ediblər.

Bununla yanaşı, mədəni, təhsil, əmək, mənzil, yaradıcılıq azadlığı, ana dilindən istifadə, ekoloji, mülki və siyasi hüquqlarla bağlı məsələlər də müzakirə olunub.

Məlumat sessiyası qarşılıqlı fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*