Alimlərin apardığı son araşdırmalara görə, süni dadlandırıcıların istifadəsi beynin qocalmasını 62 faiz sürətləndirir.
KONKRET.az xəbər verir ki, dadlandırıcıların təsiri nəticəsində yaddaş və nitq pozğunluqları yaranır.
Xüsusilə, aspartam, saxarin, asesulfam-kalium, eritritol və ksilitol kimi maddələr təhlükəli sayılır.
Tədqiqatçılar bildirirlər ki, bu dadlandırıcılar koqnitiv funksiyaların zəifləməsinə səbəb olur.
Mütəxəssislər qeyd edirlər ki, yalnız meyvə və süd məhsullarında olan təbii tatlandırıcı taqatoza istisna təşkil edir.
Alimlər insanlara süni dadlandırıcıların istifadəsini minimuma endirməyi və təbii məhsullara üstünlük verməyi tövsiyə edirlər.
Müşviq Tofiqoğlu
KONKRET.az