Bu məhsullarımız Rusiya bazarlarından yığışdırıldıbackend

Bu məhsullarımız Rusiya bazarlarından yığışdırıldı

Azərbaycana məxsus qida şirkətinin məhsulları Rusiyadakı marketlərdən geri çağırılıb.

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İstehlakçı şikayətlərinə əsasən şirkət, tərkibində göstərilməmiş və allergenlər siyahısında qeyd olunmamış süd allergeninin mövcudluğu barədə şübhə yarandığını bildirib.

Geri çağırılan məhsulların detalları:

Məhsul adları:

Fındıq dadlı kremli vafli

Vanil dadlı kremli vafli

Qeyd olunub ki, istehsalçı: “Bulok LTD” MMC-dir. Şirkət Bakı–Sumqayıt şossesi 13-də yerləşir.

Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib ki, südə və ya etiketdə göstərilən digər allergenlərə qarşı allergiyası olan istehlakçılara məhsulu istifadə etməmələri tövsiyə olunur. Allergiyası olmayan istehlakçılar məhsulu təhlükəsiz şəkildə istifadə edə bilərlər. Şirkət, Səhiyyə Nazirliyinin Qida Xidməti ilə koordinasiya şəraitində, məhsulu satışdan geri çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*