İsveçin “Ericsson” telekommunikasiya qrupu dünya üzrə 8500 iş yerini ixtisar edəcəyini açıqlayıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, işçilərə göndərilən memorandumda bu ixtisarın şirkətin xərcləri azaltmaq planının bir hissəsi olduğu bildirilib.
Dünya üzrə 105 000-dən çox işçisi olan şirkət İsveçdə təxminən 1400 işçini ixtisar etməyi planlaşdırdığını deyib.
Qeyd edək ki, “Ericsson”un bu addımı telekommunikasiya sənayesini vuran ən böyük ixtisar olacaq.