Fransada mətbuat polis mənbəsinə istinadla messencerlərin cinayətkar dairələrdə istifadəsi artıb.
KONKRET.az xəbər verir ki, Le Monde nəşri yüksək vəzifəli polis əməkdaşına istinadla yazır ki, Fransada son dörd ildə messencerlərdən cinayətkar məqsədlərlə istifadə xeyli artıb. Mənbənin sözlərinə görə, “kuryatorlar” Telegram-da cinayət tapşırıqları ilə bağlı elanlar yerləşdirir, mallar satır, tapşırıqlar verir, cəzalandırma hücumları sifariş edir və beləliklə, pul uğrunda hər şeyə hazır olan insanları tapırlar. Bu prosesi mənbə “cinayətkarların Uberləşdirilməsi” kimi xarakterizə edir.
Məlumata görə, başqa hallarda cinayətlərin həyata keçirilməsində Snapchat və Signal kimi messencerlər də rol oynayır.
Əvvəllər Telegramın qurucusu Pavel Durov bildirib ki, Parisdə onun həbsindən sonra Le Monde qəzeti yeddi həftə ərzində messencer haqqında 40-dan çox mənfi məqalə dərc edib. Onun sözlərinə görə, nəşr çox vaxt platformadan şərh istəməyib və ya göndərilən düzəlişləri nəzərə almayıb.
Natiq Səlim,
KONKRET.az