“Bu məxluqun ərizəsi FHN üzərindəki ləkələri silir? – Deputatdan Heydərova SƏRT MESAJbackend

"Bu məxluqun ərizəsi FHN üzərindəki ləkələri silir? - Deputatdan Heydərova SƏRT MESAJ

“FHN-dəki Rixter şkalasına sığmayan zəlzələ ilə bağlı yoldaş Kəmaləddin Heydərova qahmar çıxanlar peyda olub. Canfəşanlıq edən saytlərdən biri yazır ki, guya Zaur Mirzəyev videoların ictimailəşməsinə bir neçə gün qalmış, yəni avqust ayının 8-də öz ərizəsi ilə işdən çıxıbmış”.

KONKRET.az xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev səsləndirib. O bildirib ki, videolardan Zaur Mirzəyevin məcaralarının 2014-cü ildən başladığı görünür: “Yaxşı, onda bu məxluqun “Nostradamus” bəsirətli ərizəsi FHN üzərindəki ləkələri silir? Bəs 8 illik məcaranı hara yozursunuz? Sadəcə ayıbdı. Azərbaycan cəmiyyətini ələ salmayın. Özünüzü ələ salsanız bəs edər”.

Etibar Əliyev

Etibar Əliyev fikirlərini bu cümlələrlə tamamlayıb: “Heydərov ətrafını toplayıb, FHN haqqında Əsasnamədə dəyişikliklər etməlidir. Yəqin ki, dediyimi başa düşdü”!

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*