Bu meyvələri soyuducuda saxlamaq olmaz – DİQQƏT!backend

Bu meyvələri soyuducuda saxlamaq olmaz - DİQQƏT!

Yeni il tətilləri zamanı bir çoxları bayramlarda daha az alış-verişə getmək üçün meyvə və tərəvəz ehtiyatı saxlayırlar. Amma vitamin məhsulları elə düzgün saxlanmalıdır ki, xarab olmasın və zərərə vermədən yeyilsin.

KONKRET.az rus dietoloqlara istinadən bildirir ki, soyuducu bəzi meyvə növlərini uğurla saxlamaq üçün ən yaxşı yer deyil.

“Ananas, banan və avokadoları sərin yerdə saxlamaq olmaz. Onları otaq temperaturunda qaranlıq yerdə qutuda və ya tumbada saxlamaq daha yaxşıdır. Soyuducuya əsasən yalnız üzüm və giləmeyvə qoyulmalıdır. Hər şeyi soyuducuda plastik torbalarda saxlamaq olmaz, çünki meyvələr soyuducuda daha tez quruyur”, – deyə dietoloq Denis Sidorkin bildirib.

Tanınmış restoranların birində baş aşpaz işləyən ekspert meyvələrin bir neçə gün xarab olmasının qarşısını almaq üçün ən münasib yeri pəncərənin önü hesab edir.

“Almalar, portağallar, naringilər, kivilər, albalılar, çiyələklər, qaragilələr, armudlar soyuduca saxlanmamılıdır. Mənim pəncərəmin qarşısında almalar təzə-tər qalır, mən onları heç nə ilə örtmürəm və onlar xeyli müddət keçsə də gözəl görünür”, – Denis Sidorkin deyib.

Həmçinin, bütün tropik meyvələri soyuducuda saxlamaq olmaz.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*