“Bu, müharibə deyil, Fələstin xalqına qarşı soyqırımdır” – Madurobackend

"Bu, müharibə deyil, Fələstin xalqına qarşı soyqırımdır" - Maduro

Venesuela prezidenti Nikolas Maduro beynəlxalq ictimaiyyəti Fələstin xalqına qarşı soyqırıma son qoymağa və hərəkətə keçməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

“Dünya soyqırıma qarşı səsini ucaltmalıdır, çünki bu, müharibə deyil, Fələstin xalqına qarşı soyqırımdır”, – Maduro deyib.

“Xristian qardaşlarımdan, Katolik Kilsəsindən, Venesuela Pravoslav Kilsəsindən və bütün dünyadan səslərini ucaltmağa və Fələstinə qarşı soyqırımı dayandırmağa çağırıram”, – Maduro bildirib.

Venesuela prezidenti ölkəsinin Fələstinə 30 ton humanitar yardım göndərdiyini bildirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*