Bu ölkə ABŞ-dan 500 “Tomaqavk” raketi ALACAQbackend

Bu ölkə ABŞ-dan 500 “Tomaqavk” raketi ALACAQ

Yaponiya hökuməti 2027-ci ilə qədər ABŞ-dan 500 “Tomaqavk” qanadlı raketləri almaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti iki ölkənin hökumət mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Tokio bu raketlərdən düşmən bazalarına qarşı qabaqlayıcı zərbələr endirmək üçün istifadə edəcək.

Bundan əlavə, “Tomaqavk”ların alınması KXDR-in raket proqramının sürətli inkişafı ilə bağlıdır.

Məlumata görə, raketlərin alınması məsələsi noyabrın 13-də Kambocada Yaponiyanın Baş naziri Fumio Kişida ilə ABŞ Prezidenti Co Bayden arasında keçirilən danışıqlarda müzakirə edilib.

Qeyd edək ki, “Tomaqavk” raketlərinin uçuş məsafəsi modifikasiyadan asılı olaraq 2,5 min kilometrdir.

Bundan əlavə, Yaponiya Müdafiə Nazirliyi yerli istehsal olan “Type-12” gəmi əleyhinə raketlərin uçuş məsafəsini 1000 km artırmaq niyyətindədir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*