Bu ölkə NATO-nun lider ölkəsi adlandırıldıbackend

Bu ölkə NATO-nun lider ölkəsi adlandırıldı

NATO-nun Baş katibi Mark Rutte Litvanın müdafiə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirərək onu alyansın digər üzvləri üçün örnək adlandırıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki,  Rutte bu fikri Brüsseldə Litva Prezidenti Gitanas Nauseda ilə görüşündə səsləndirib.

“Müdafiə xərcləri məsələsində Litva lider ölkələrdəndir. Siz bunun üçün ÜDM-in 3 faizini ayırırsınız və yaxın zamanda bu göstəricini 3,5 faizə çatdırmağı planlaşdırırsınız. Bu, NATO-nun kollektiv təhlükəsizliyinə olan bağlılığınızı açıq şəkildə göstərir”, – deyə Rutte bildirib.

O, əlavə edib ki, Litva yalnız müdafiə xərcləri ilə deyil, eyni zamanda hərbi sənayedəki uğurları ilə də alyansın önündə gedən ölkələrdən biridir. Vilnüs bu sahədə aparıcı mövqeyini qoruyur və NATO-nun hərbi gücünün artırılmasına mühüm töhfə verir.

Litvanın bu addımları, xüsusilə regional təhlükəsizlik baxımından digər üzv ölkələr tərəfindən də diqqətlə izlənir./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*