Bu ölkə neft hasilatını 1,3 milyon barrelə kimi artırırbackend

Bu ölkə neft hasilatını 1,3 milyon barrelə kimi artırır

Liviyada neft hasilatı gündə 1,3 milyon barrel səviyyəsinə çatıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası (National Oil Corporation, NOC) öz sosial şəbəkə səhifəsində məlumat verib.

Məlumata əsasən, son 24 saat ərzində 1 305 059 barrel səviyyəsi qeydə alınıb və istehsal səviyyəsinin artırılması işləri davam edir.

Qeyd olunur ki, oktyabrın 10-da Liviyada neft hasilatı daxili fikir ayrılıqları səbəbindən istehsal və ixracın dayandırılmasından sonra gündə 1,2 milyon barel səviyyəsinə qayıdıb.

Xatırladaq ki, oktyabrın 3-də NOC ölkədə neft hasilatı və ixracının tam bərpa olunduğunu bəyan edib. Liviya adətən gündə təxminən 1,2 milyon barrel hasil edirdi, lakin avqustda ölkənin şərq hissəsinin hakimiyyəti milli Mərkəzi Banka nəzarət uğrunda mübarizə çərçivəsində hasilatı və ixracı dayandırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*