Bu ölkə Rusiya və Belarus sərhədinə 40 min hərbçi göndərirbackend

Bu ölkə Rusiya və Belarus sərhədinə 40 min hərbçi göndərir

Polşa hökuməti yaxın günlərdə Rusiya və Belarusla sərhədə 40 minə yaxın hərbçi göndərmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.

O qeyd edib ki, bu addım “Qərb-2025” Rusiya-Belarus hərbi təlimlərinin başlamasına adekvat cavab olacaq.

“Ukraynada müharibə məhz belə, hərbi təlimlərlə başlamışdı. Ona görə də Polşa hərbçiləri buna hazırlaşır. Yaxın günlərdə sərhəddə 40 minə yaxın hərbçimiz olacaq”, – Tomçik deyib.

Xatırladaq ki, “Qərb-2025” təlimləri sentyabrın 12-16-da Belarusda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*