Bu ölkə sərt karantin rejiminə keçirbackend

Bu ölkə sərt karantin rejiminə keçir

Sabahdan etibarən Hindistanın Haryana əyalətində bir həftəlik sərt karantin rejimi tətbiq ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə bölgənin daxili işlər və səhiyyə naziri Anil Vij bildirib.

Onun sözlərinə görə, ştatın bəzi yerlərində COVID-19 ilə mübarizə aparmaq üçün sərt karantin tətbiq olunur. Yerli səhiyyə orqanlarından verilən məlumata əsasən, hazırda ştatda 102 mindən çox insan COVID-19 xəstəsidir. Son sutka ərzində rekord sayda ölüm faktı qeydə alınıb. Ştatda ümumilikdə 500 mindən çox insan virusa yoluxub, 4 mindən çox pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, Hindistan dünyada koronavirusa yoluxmaların sayına görə ikinci yerdədir. unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*