Bu ölkə uçan avtomobillərin istehsalına başladıbackend

Bu ölkə uçan avtomobillərin istehsalına başladı

Yaponiya uçan avtomobillərin istehsalına başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, “Skydrive” şirkəti Yaponiyada “Suzuki” zavodunda “SD-05” (eVTOL) uçan avtomobilinin istehsalına başlandığını açıqlayıb.

İldə 100 ədəd uçan maşının istehsal olunacağı qeyd olunub. Maşının maksimal sürəti saatda 100 kilometr, uçuş məsafəsi isə 15 kilometrdir. 2029-cu ilədək uçuş məsafəsinin 30 kilometrə çatdırılması, 2031-ci ilədək isə avtomobilin avtonom idarəetmə sistemi ilə təchizatı planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*