Bu ölkə üzən sənaye kompleksi İNŞA EDƏCƏKbackend

Bu ölkə üzən sənaye kompleksi İNŞA EDƏCƏK

Səudiyyə Ərəbistanı dünyanın ən böyük üzən sənaye kompleksini inşa edəcəyini açıqlayıb.

KONKRET.az “SPA”-ya istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman məlumat verib.

O bildirib ki, “Oxagon” adlanacaq kompleks Neom kimi tanınan sənaye şəhərində olacaq.

Şahzadənin sözlərinə görə, “Oxagon” qlobal ticarət axını ilə yanaşı, Səudiyyə Ərəbistanının regional ticarətinə də dəstək verəcək.

Layihənin təbiətə zərər verməyəcəyinə diqqət çəkən Məhəmməd bin Salman bunun həm ətraf mühitin qorunmasına töhfə verəcəyini, həm də yeni iş yeri imkanları yaradacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*