Bu ölkə Vatikanla diplomatik əlaqələri kəsdibackend

Bu ölkə Vatikanla diplomatik əlaqələri kəsdi

Nikaraqua ilə Vatikan arasında diplomatik əlaqələr dayandırıldı.

KONKRET.az xəbər verir ki, bu barədə Nikaraqua Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Katolik Kilsəsi ilə əlaqəli mənbələrin açıqladığı məlumatları nəzərə alaraq, Nikaraqua Barışıq və Milli Birlik Hökuməti Vatikan Dövləti ilə Nikaraqua Respublikası arasında diplomatik əlaqələrin dayandırıldığını açıqlayır”, – nazirliyin açıqlamasında deyilir.

Qeyd edək ki, “Röyters” agentliyi Nikaraquanın Vatikanın Manaquadakı səfirliyini və Vatikandakı diplomatik missiyasını bağlamaq qərarı barədə məlumat yayıb.

Agentliyin məlumatına görə, buna səbəb Roma Papası Fransiskin Nikaraqua hökumətini diktatura ilə müqayisə etdiyi son bəyanatı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*