Venesuela Xarici İşlər Nazirliyi vətəndaşlarına ABŞ-a səfərlərdən çəkinməyi, bu ölkədə yaşayan venesuelalıların isə mümkün qədər tez bir zamanda oranı tərk etməyi nəzərdən keçirmələrini tövsiyə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Bolivarian Respublikasının xarici işlər naziri İvan Xil Pinto şəxsi “Telegram” kanalında məlumat verib.
Nazir bildirib ki, bu çağırış ABŞ-dəki mövcud şərait və potensial risklərlə bağlı ehtiyat tədbiri kimi irəli sürülüb.
Natiq Səlim,
KONKRET.az