İspaniyanın “İberia” aviaşirkətinin əməkdaşları 4 günlük tətil etmək qərarına gəldikdən sonra 444 aviareys ləğv edilib.
KONKRET.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, “İberia” işçilərinin bağlı olduğu UGT, CCOO və USO həmkarlar ittifaqı tərəfindən verilən tətil qərarı səbəbiylə 5-8 yanvar tarixləri arasında bilet alan 45 min 641 sərnişin səyahət edə bilməyəcək.
444 uçuş ləğv edilsə də, aviaşirkət qərardan təsirlənən müştərilərinə uçuş tarixlərini dəyişdirmək, yenidən bron etmək və ya pulun geri qaytarılmasını tələb etmək imkanı təklif edib.
Qeyd edək ki, Xristian inancına görə Hz. İspaniyada hər il yanvarın 6-da üç kralın (Melçor, Qaspar, Baltasar) Avropa, Asiya və Afrika qitələrindən hədiyyələr gətirməsi ilə əlaqədar rəsmi dini bayram keçirilir.//Demokrat.az