Bu ölkədə həftədə 4 gün işləyəcəklərbackend

Bu ölkədə həftədə 4 gün işləyəcəklər

Federal hökumət, iş həftəsini beş gündən dörd günə endirmək təklifi verib.

KONKRET.az xarici KİV-ə istinadən məlumat verir ki, daha əvvəl İslandiyada tətbiq olunan həftədə 4 gün iş rejimi sınağı uğurlu alınıb. 2015-2019-cu illəri əhatə edən və 2500-dən çox adamın iştirak edəcəyi tətbiqin məhsuldarlıq və rifah artımına səbəb olduğu ortaya çıxıb.

İngiltərə də 4 gün işləmək təklifi dəstəklənərkən,  Belçika  sözügedən iş modelini müzakirə etməyə başlayıb. Belçika hökumətinin sözçüsü, ölkənin tezliklə dörd günlük iş həftəsinə keçə biləcəyini açıqlayıb. Təklif, geniş əmək bazarı islahatı proqramı çərçivəsində Belçika federal hökumətinin gündəminə gəlib. İşçilər həftədə 38 və ya 40 saat işləməyə davam edəcəklər. Sadəcə, bu vaxtın 5 gün deyil, 4 günə sığışdıracaqlar.

Önümüzdəki günlərdə Belçika hökuməti sistemin hansı sektorlara tətbiq oluna biləcəyini və çox uzun iş günlərindən necə qaçmaq mümkün olacağını müzakirə edəcək. Həftənin 4 günü işləmək təklifi qəbul edildikdən sonra hökumət sənaye və həmkarlar ittifaqı nümayəndələri ilə birlikdə yeni modelə keçidin detallarını müzakirəyə qoyacaq.

Prosesin ən az 6 ay çəkə biləcəyi bildirilsə də, federal hökumətin həftənin dörd günü işləməyi “məcbur etmək niyyətində olmadığı”nı qeyd edib. Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*