Bu ölkədə karantin rejimi yenidən sərtləşdirilirbackend

Bu ölkədə karantin rejimi yenidən sərtləşdirilir

Böyük Britaniyada koronavirusa yoluxan xəstələrin sayının artması ilə əlaqədar karantin rejiminin gücləndirilməsinə başlanılıb.

KONKRET.az xəbər veirr ki, Lester bölgəsində xəstəliyə yoluxanların sayı artdığından karantin rejimi sərtləşdirilib.

Səhiyyə katibi Met Hankok həftə ərzində ölkədə COVID-19-a ən çox yoluxmanın və ölüm hallarının bu ərazidə müşahidə edildiyini söyləyib. O, Lester bölgəsində bütün mağazaların bağlanacağını və dərslərin dayandırılacağını açıqlayıb. M.Hankok şəhər sakinlərini ehtiyac olmadığı halda evdən çıxmamağa və səyahət etməməyə çağırıb.

Ölkədə koronavirusa yoluxmalarda artımın müşahidə olunduğu şəhərlərdə karantin rejimi yenidən sərtləşdiriləcək.

Azertag

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*