backend

Bu ölkədə qadınlar hər addımbaşı dəhşət yaşayır

Hindistanda cinsi təcavüzə məruz qalan qadın məhkəmə prosesinə gedərkən yolda hücuma məruz qalıb və yandırılıb.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, 23 yaşlı qadın hazırda xəstəxanadadır və həyatda qalmaq üçün mübarizə aparır.

Təcavüzün qurbanı olan qadın mart ayında 2 kişi haqqında cinsi istismarla bağlı məhkəməyə müraciət edib. Hadisə ilə bağlı 5 nəfər nəzarət altına alınıb.

Hadisənin baş verdiyi Unnao məhəlləsi cinsi təcavüz hadisələri ilə gündəmdir. Bu yaxında məhəllədə daha bir hadisə baş verib. Belə ki, iqtidar partiyasına məxsus millət vəkilini cinsi istismarda günahlandıran qadın müəmmalı şəkildə avtomobil qəzasına uğrayıb. Qadının maşında olan 2 xalası və vəkili dünyasını dəyişib.

Hindistan höküməti bu kimi hadisələrin günü-gündən artdığını bildirir. Rəsmi rəqəmlərə görə, 2017-ci ildə polisə 33 min 658 nəfər tərəfindən cinsi təcavüz hadisəsi ilə bağlı şikayət olunub. Bu, orta hesabla gündə 92 qadının təcavüzə məruz qalması deməkdir.

Hazırladı: Günel MÜSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*