Bu ölkədə quraqlıq səbəbindən 200 nəfər öldübackend

Bu ölkədə quraqlıq səbəbindən 200 nəfər öldü

Uqandada köçəri çobanların məskunlaşdığı yarımsəhra və ucqar Karamoca bölgəsi inkişaf baxımından ölkənin digər bölgələrindən xeyli geri qalır. Bu il bölgədə silahlı dəstələrin mal-qaraya basqın etməsi vəziyyəti daha da gərginləşdirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Uqandanın şimal-şərqində bu ay quraqlığın yaratdığı aclıqdan 200-dən çox insan ölüb.

Kaabong rayon yerli hökumətinin başçısı Cini Bornd Meri bildirib ki, bu ay yalnız bir bölgədə 184 nəfər aclıqdan həyatını itirib.

Yerli xeyriyyə təşkilatının rəhbəri Moses Okori isə təkcə Kotido bölgəsində ən azı 22 nəfərin aclıq səbəbindən öldüyünü qeyd edib.

BMT keçən ay bölgədəki əhalinin 40 faizinin ərzaq təhlükəsizliyi riski ilə üzləşdiyini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*