Bu ölkədə tıxacların uzunluğu 1053 kilometri keçdibackend

Bu ölkədə tıxacların uzunluğu 1053 kilometri keçdi

Yay tətilinin başlaması ilə Fransa daxilində tıxacların uzunluğu 1053 kilometri ötüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Bison Fute” dövlət yol hərəkəti saytı məlumat yayıb.

Bildirilib ki, ölkədə iyulun 17-də saat 12:05 radələrində 1053 kilometr tıxac qeydə alınıb. Ötən şənbə günortadan sonra tıxacların uzunluğu 1166 kilometr olub. Ölkə ərazisində gediş qırmızı, dönüş isə narıncı rənglə təsnif edilib. Marsel istiqamətində 178.3 kilometr, Böyük Şərq istiqamətində isə 136.5 kilometr tıxac qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*