Bu ölkələr İsrailə çağırış etdi: Onlara toxunma!..backend

Bu ölkələr İsrailə çağırış etdi: Onlara toxunma!..

İtaliya və Yunanıstan İsraildən Qəzzaya humanitar yardım aparan beynəlxalq donanmadakı fəalların təhlükəsizliyini təmin etməyi tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə iki ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.

“İsrail hakimiyyətini iştirakçıların təhlükəsizliyini və konsulluq müdafiəsi tədbirlərinin həyata keçirilməsini təmin etməyə çağırırıq”.

Roma və Afina həmçinin fəalları yardımın Qəzzada paylanması üçün onu Katolik Kilsəsinə təhvil verməyə və İsraillə birbaşa qarşıdurmadan çəkinməyə çağırıb.

Lakin donanma üzvləri bu təklifi rədd edib. Onlar bildiriblər ki, əsas məqsədləri İsrailin Qəzzaya tətbiq etdiyi dəniz blokadasını ifşa etmək və ona etiraz bildirməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*