Bir sıra Cənub-Şərqi Asiya ölkələri Rusiyadan PUA-lardan qorunmaq üçün Ukraynada sınaqdan keçirilmiş elektron müharibə sistemlərini sifariş edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərbi sənaye kompleksindəki mənbə məlumat yayıb.
“Krasuxa” və “Sapfir” kimi elektron mübarizə vasitələri Cənub-Şərqi Asiyanın bir sıra ölkələrinə çatdırılması planlaşdırılır. Bundan əlavə, Şərqi Avropada Rusiyanın elektron müharibə sistemləri üçün sifariş var”, – məlumatda deyilir.
Qeyd edək ki, “Sapfir” kompleksi obyektləri bütün növ dronlardan qorumaq üçün istifadə olunur. Hədəf kompleks tərəfindən 30 km-ə qədər məsafədə aşkar edilir. Əks hərəkət isə 5 km və daha yaxın məsafədə aparılır.
“Krasuxa” isə bütün növ hava hədəflərini, o cümlədən son dərəcə aşağı hündürlükdə hərəkət edən dronları aşkar edir. Kompleksin əsas məqsədi komanda məntəqələrini və sənaye obyektlərini qorumaqıdır. Bir kompleks iki maşından ibarətdir, uçuş məsafəsi 300 km-dən çoxdur.
İqbal Rzayev,
KONKRET.az