Bu ölkələrdə pensiyalar görün necə verilir – Azərbaycanla MARAQLI MÜQAYİSƏbackend

Bu ölkələrdə pensiyalar görün necə verilir - Azərbaycanla MARAQLI MÜQAYİSƏ

“Pensiya ödənişlərinin həyata keçirilmə vaxtı dünyanın müxtəlif ölkələrində fərqli şəkildə tənzimlənir. Bu məsələ hər bir ölkənin sosial təminat qanunvericiliyinə uyğun olaraq müəyyən edilir və qlobal miqyasda vahid bir tarix mövcud deyil”.

Bu fikirləri iqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlamasında səsləndirib.

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

“Məsələn, ABŞ-da pensiyaların verilməsi vətəndaşın doğum tarixinə əsaslanır. Belə ki, əgər şəxs ayın 1-dən 10-na qədər anadan olubsa, pensiyası ayın ikinci çərşənbə günü ödənilir. Doğum tarixi 11-20-si arası olanlara pensiya ayın üçüncü çərşənbə günü verilir. 21-31 aralığında doğulanlar isə ayın dördüncü həftəsinin çərşənbə günü pensiyalarını alırlar.

Almaniyada pensiya ödənişləri əsasən ayın sonunda həyata keçirilir. Fransada isə vətəndaşlar pensiyalarını ayın əvvəlində alırlar. İspaniyada ödənişlər adətən ayın 25-dən sonra baş tutur. Kanadada isə pensiyalar ayın son 3 və ya 5 günü ərzində ödənilir”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda pensiyalar hər ayın ilk on günü ərzində verilir.

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən bu ödənişlər regionlar üzrə mərhələli şəkildə həyata keçirilir. Bu müxtəliflik göstərir ki, pensiya ödənişləri ilə bağlı dünyada vahid mexanizm yoxdur və hər ölkə prosesi öz sosial siyasətinə uyğun şəkildə tənzimləyir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*