Bu ölkələrdə supermarketlərdə siqaret satışı QADAĞAN EDİLDİbackend

Bu ölkələrdə supermarketlərdə siqaret satışı QADAĞAN EDİLDİ

Belçika və Niderland siqaret satışını minimuma endirmək üçün tədbirləri daha da sərtləşdirib.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, tütün reklamları ilə bağlı sərt tədbirlər görən Belçika hökumətinin siqaret avtomatlarının tamamilə ləğvi ilə bağlı qərarı parlamentdə təsdiqlənib.

Nümayəndələr Palatasının təsdiqlədiyi hökumətin yeni təklifinə əsasən, supermarketlərdən kənarda siqaret satan avtomatlar qadağan ediləcək.

Gələn il qüvvəyə minəcək qaydaya əsasən, siqaret satan avtomatlar yalnız supermarketlərin görünməyən hissəsində yerləşdiriləcək.

Bildirilib ki, tənzimləmə tütün məmulatlarını daha az əlçatan etmək və yetkinlik yaşına çatmayanlara siqaret satışına qoyulan qadağanın icrasını asanlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, supermarketlərdə hələlik satış avtomatlarına icazə verilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*