Sloveniyanın paytaxtı Lyublyana Avropanın ən təmiz şəhəri adına layiq görülüb. 300 min sakini olan Lyublyana bu ada görə əhalisinə borcludur.
KONKRET.az xəbər verir ki, sözügedən şəhərin sakinləri tullantılarını atmazdan əvvəl evdə çeşidləyirlər. Bu ayrılan tullantılar bələdiyyələr tərəfindən toplanır və Avropanın ən vacib təkrar emal müəssisələrinə göndərilir. Şəhərdə tullantıların 70 faizi təkrar istehsal olunur.
Zibillərini çeşidləmədən küçədəki zibil qutularına atmaq istəyən şəxslər əlavə 1 dollar ödəməlidir.
Təkrar emalın həyatın bir hissəsinə çevrildiyi bu şəhərdə ətraf mühit olduqca təmiz görünür. Həmçinin zibildən gəlir əldə olunur. Tullantıların bir hissəsi enerji istehsalı üçün istifadə edilir.
Bələdiyyənin məqsədi tullantı səviyyəsini sıfıra çatdırmaqdır.
Hazırladı: Günel MUSEYİB