Hökməli qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Məlumata görə, təbii qazdan qeyri-qanuni istifadə etmək məqsədilə qaz kəmərlərinə qoşulan xətlərin ləğv edilməsi ilə bağlı Abşeron rayonu, Hökməli qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.