Bu qurumlarda xidməti avtomobillərin sayı artırıldı – QƏRARbackend

Bu qurumlarda xidməti avtomobillərin sayı artırıldı - QƏRAR

Baş nazir Əli Əsədov “Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Qərarda dəyişiklik edib.

KONKRET.az xəbər verir ki, dəyişikliyə əsasən, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin “cəmi” sütununda “3” rəqəmi “8” rəqəmi ilə əvəz edilib.

Bundan əlavə, “ərazi və yerli bölmələr üzrə” sütununa “5” rəqəmi əlavə edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*