DİN: Qanunsuz it yarışlarının keçirilməsi nəzarətə götürüldü – VİDEObackend

DİN: Qanunsuz it yarışlarının keçirilməsi nəzarətə götürüldü – VİDEO

Göygöldə bir qrup şəxs tərəfindən it döyüşləri keçirilib.

Pandemiya qaydalarının pozulduğu qanunsuz yarışlara ölkənin müxtəlif bölgələrindən it döyüşdürmək üçün gələn insanlar iştirak edib.

Daxili İşlər Nazirliyinin Mətubat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov KONKRET.aza bildirib ki, sosial şəbəkələrdə bu yarışların Gəncə şəhərində keçirilməsi qeyd olunsa da, yarış Gəncə şəhərində deyil, Göygöl rayonunda keçirilib.

E. Qasımov deyib ki, məsələ ilə bağlı artıq araşdırmalar başlanılıb: “Tezliklə araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

17:02

Göygöldə bir qrup şəxs tərəfindən it döyüşləri keçirilib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, Göygölün Lüləli kəndində “it meydanı” adlandırılan ərazidən paylaşılan görüntülərdə keçirilən yarışa yüzlərlə insanın gəldiyi məlum olub.

Pandemiya qaydalarının pozulduğu qanunsuz yarışlara ölkənin müxtəlif bölgələrindən it döyüşdürmək üçün gələn insanlar iştirak edib.

Məlumata görə, yarışların hər ay keçirilməsi planlaşdırılıb

Qeyd edək ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da heyvan hüquq müdafiəçilərinin səyi sayəsində it döyüşləri qadağan edilib.

Bu rayonda qanunsuz it döyüşləri keçirildi -FOTO

Bu rayonda qanunsuz it döyüşləri keçirildi -FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*