Binəqədi Rayonunun Rəsulzadə qəsəbəsində yerləşən Zəngəzur küçəsində içməli su xəttində qəza baş verib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən KONKRET.az-a verilən verilən məlumata görə, su şəbəkəsindəki qəzalı hissə birbaşa yaşayış evinin altında yerləşdiyindən təmir-bərpa işlərinin vaxtında tamamlanmasına müəyyən çətinliklər yaranıb.
Hazırda Binəqədi rayon Sukanal İdarəsinin qəza briqadası tərəfindən ərazidə təmir işləri aparılır və proses yekunlaşmaq üzrədir.
İçməli suyun verilişinin bu gün axşam saatlarından etibarən mərhələli şəkildə bərpa olunacağı bildirilib.