Bu rayonun DYP rəisi dəyişdi – Nazir əmr imzaladıbackend

Bu rayonun DYP rəisi dəyişdi - Nazir əmr imzaladı

Lerik Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, mayor Nurlan Qafarov vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu barədə müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Zərdab rayon Dövlət Yol Polisi bölməsinə rəisi, mayor Razi Hüseynov vəzifəsindən azad edilərək, Lerik DYP-yə rəis təyin olunub.

Qeyd edək ki, Razi Hüseynov 2019-cu ildə Ağdaş rayon Polis Şöbəsinin yol polisi bölməsinin baş inspektoru vəzifəsindən azad olunaraq, Zərdab rayon Dövlət Yol Polisi bölməsinə rəis təyin olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*