Bu şagirdlər üçün teledərslər yayımlanacaq- RƏSMİ-VİDEObackend

Bu şagirdlər üçün teledərslər yayımlanacaq- RƏSMİ-VİDEO

“Heç bir şagird təhsil prosesindən kənarda qalmamalıdır.Çətinliklərə baxmayaraq, bütün şagirdlərimizin öyrənməsini təmin etmək üçün müxtəlif alətləri düzgün istifadə etməyə çalışırıq”.

KONKRET.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” səhifəsində yazıb.

Nazir teledərslərin hazırlanmasına görə həmkarlarına təşəkkür edib:

“Teledərslər bu məqsədi reallaşdırmaqda əvəzsiz bir vasitəyə çevrildi. Bu günə qədər 6700-dən çox teledərs hazırlanmışdır. Bu layihənin ərsəyə gəlməsində zəhməti keçən həmkarlarımıza təşəkkür edirəm. Növbəti həftədən etibarən eşitmə çətinliyi olan şagirdlərimiz üçün də teledərslər yayımlanacaq. Hər bir uşağın davamlı öyrənməsi naminə birlikdə çalışmalıyıq”.

Vəsilə İbrahim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*