Bu sahibkarların NƏZƏRİNƏ: Altı min manat cərimələnə bilərsinizbackend

Bu sahibkarların NƏZƏRİNƏ: Altı min manat cərimələnə bilərsiniz

Azərbaycanda nağdsız ödənişlərin təşviqi məqsədilə sahibkarlara POS-terminal quraşdırmaq və ondan istifadəni təmin etmək tələbi qoyulub. Lakin bəzi ticarət və xidmət obyektlərində bu cihazların ya quraşdırılmadığı, ya da “işləmir” bəhanəsi ilə müştərilərə xidmət göstərmədiyi müşahidə edilir. Maraqlıdır, POS-terminal işləmir bəhanəsi gətirən sahibkarları hansı cəza gözləyir?

Mövzu ilə bağlı hüquqşünas Turan Abdullazadə KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri bundan sonra ödənişləri yalnız nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməlidirlər. Bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarda bildirilir.

Vəkil Turan Abdullazadə Ad gününüz mübarək! » XeberTime.Az

“Operativ vergi nəzarətini həyata keçirən qurumlar POS-terminalın quraşdırılması məcburi olan obyektlərdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin bu tələbləri yerinə yetirməsinə ciddi nəzarət edir. Qaydalara əsasən, POS-terminalın quraşdırılmaması, nağdsız ödənişlərin qəbulundan imtina edilməsi və ya nəzarət-kassa aparatlarından istifadənin dayandırılması hallarında sahibkarlar üçün cərimələr nəzərdə tutulub”.

Vəkil qeyd edir ki, bu qayda pozuntusuna təqvim ili ərzində birinci dəfə yol verən vergi ödəyicisi 1000 manat, ikinci dəfə 3000 manat, üç və ya daha çox dəfə isə 6000 manat məbləğində cərimələnəcək.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*