“Fevral, mart aylarında keçirilən imtahanlarda iştirak edən namizədlərin də temperaturu ölçülürdü. Növbəti dəfə keçirəcəyimiz imtahanlar zamanı xəstə olanlar iki dəfə keçirilməsi nəzərdə tutulan imtahan olsa, ikincidə iştirak edəcək. Yox əgər imtahan bir dəfə keçirilsə, o, xəstə halda imtahana buraxılmayacaq”.
KONKRET.az-ın məlumatına görə bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, hər bir namizəd imtahana gəlməmişdən qabaq öz səhhətinə diqqət etməlidir.