Bu şəxslər minimum pensiya ala bilməyəcək, əvəzində isə…backend

Bu şəxslər minimum pensiya ala bilməyəcək, əvəzində isə…

Azərbaycanda 2006-cı ildən sonra pensiya almaq üçün iki əsas şərt lazımdır. Bunlardan biri minimum əmək stajı (hazırda 25 il civarında), digəri məcburi dövlət sosial sığorta haqlarının ödənməsidir. Yəni vətəndaş rəsmi şəkildə işləməli və maaşından sosial sığorta tutulmalıdır ki, gələcəkdə pensiya kapitalı formalaşsın. Bəzi vətəndaşların işlədikləri dövrdə rəsmi qeydiyyat və sığorta ödənişi yoxdur.

Belə olan halda onlar pensiya hüququndan məhrum olurlar?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, pensiya ilə bağlı 2006-cı ildən sonrakı qərarlarda müəyyən müsbət hallar olsa da, neqativlər də müşahidə edildi:

“Əksər Azərbaycan vətəndaşlarının əmək fəaliyyəti rəsmiləşdirildi və ondan müvafiq sosial tutulmalar həyata keçirildi. Lakin qanunvericiliyin müəyyən etdiyi pensiya kapitalı lazımi miqdarda yığılmırsa, vətəndaş yaşa görə müavinət alır. Artıq pensiya yaşı çatdıqda düsturlar buna uyğun hesablanır”.

İqtisadçı bildirib ki, Azərbaycanda heç kim pensiya almaq hüququndan məhrum deyil:

“Qanunvericilikdə nəzərdə tutulmuş pensiya yaşına çatan şəxs işləməsə belə, minimum məbləğdə təqaüd alır”.

Qeyd edək ki, Azərbaycanda 2025-ci il fevralın 1-dən pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği 320 manatdır.

Əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64 yaşına çatmış qadınlara isə aylıq 220 manat yaşa görə müavinət verilir.

  • Rəhile Ələmova
    Aprel 17, 2025 - 18:00

    1961 ci il təvəllüdlü adamın 2006 cı ile gədər 25 il sosial sığortalı olması mümkün deyil. Bu da vətəndaşlarını fərkli saxtakarlığa sevg edir. Yəni 2006 ya gədər geçmiş tarihe əmək kitabçasına işləmiş kimi göstərir.
    Real olarak 25 ilin aşağı çekilmesini- 20 il kişlrər, 15 il gadınların işlemesi yetərli sayılsın.
    Mən 15 yaşımdan 1976 cı ildən 2098 ci ilə gədər 21 il 3 ay işlemişem, bu iller emek kitabçasında var.
    Təəsüfler olsun ki, men emeklilik hakkından mahrum edildim. 220 manat aylıg muavinat aylığı alıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*