Bu şəxslərə dodaq dolğusu olmazbackend

Bu şəxslərə dodaq dolğusu olmaz

Dodaq dolğusu dodaqlara forma vermək və onları daha dolğun göstərmək məqsədilə edilən estetik müdaxilədir.

KONKRET.az pravda.az-a istinadən bildirir ki, əsasən hiyalüron turşusu ilə həyata keçirilən bu prosedur həm təbii görünüş verir, həm də dərinin hamar qalmasına kömək edir.

Dodaq dolğuları müvəqqəti və qalıcı olmaqla iki yerə bölünür. Ən çox seçilən formalar arasında Afrodit, Hera, Venus və Eros tipləri var. Bu dolğular üz quruluşuna uyğun tətbiq olunduqda simmetrik və estetik nəticə əldə olunur.

Yaşlanma ilə azalan kollagen və elastin səviyyəsini bərpa etmək məqsədilə istifadə olunan dodaq dolğusu hamilə qadınlara, iltihablı dəri problemi olanlara və uçuqdan əziyyət çəkənlərə tətbiq olunmur.

Prosedurdan əvvəl lokal keyidici krem çəkilir və nazik iynə ilə qısa müddətdə həyata keçirilir. Dodağın kontur və ya qırmızı sahələrinə edilən dolğu, daha dolğun və cazibədar görünüş yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*