Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli əsədov müvafiq qərar imzalayıb.
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 792 manatdan 871 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 714 manatdan 785 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 636 manatdan 700 manata çatdırılıb.
Bu Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.
Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir.
Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi
Sıra №-si | Təhsili | Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla) | ||||
pedaqoji staj
3 ilədək olduqda |
pedaqoji staj
3 ildən 8 ilədək olduqda |
pedaqoji staj
8 ildən 13 ilədək olduqda |
pedaqoji staj
13 ildən 18 ilədək olduqda |
pedaqoji staj
18 ildən çox olduqda |
||
1. | Ali təhsilli | 607 | 653 | 686 | 733 | 785 |
2. | Orta ixtisas təhsilli | 554 | 587 | 607 | 647 | 700 |
Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustaların aylıq vəzifə maaşlarının sxemi