Bu sualda səhvlik olub – Abituriyentlərin xeyrinə hesablanacaqbackend

Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq

Bu gün keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək.

Həmin sual düzgün cavablandırılmış kimi qeyd ediləcək.

Qeyd edək ki, həmin sual A variantında 11-ci, B variantında 18-ci, C variantında 8-ci, D variantında isə 13-cü sualdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*