Muğam qalmaqalına Xalq artisti də qoşuldu: Münsiflər ədalətsizlik edibbackend

Muğam qalmaqalına Xalq artisti də qoşuldu: Münsiflər ədalətsizlik edib

“Mən IX “Muğam” Televiziya Müsabiqəsində münsiflərin qərarları ilə razılaşmıram, heç vaxt da razılaşmayacağam”.
KONKRET.az xəbər verir ki, bunu müsabiqənin münsiflərindən biri olan Xalq artisti Səkinə İsmayılova bakupost.az-a açıqlamasında iştirakçıların etirazlarına münasibət bildirərkən deyib.
“Bildiyiniz kimi, mən finalda iştirak etmədim. Qərarı oradakı münsiflər veriblər. Hər halda mən finalda münsif olsaydım, nəticə başqa cür olardı. Mən olsaydım, var gücümlə çalışıb haqq-ədaləti bərpa edərdim”, – deyə Xalq artisti bildirib.
Qeyd edək ki, IX “Muğam” Televiziya Müsabiqəsinin nəticələri bəzi iştirakçılar tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Kənan Novruzov mükafatlandırılma mərasimində ona təqdim olunan diplomu qəbul etməyib. Daha sonra isə ona qarşı haqsızlıq olunduğu ilə bağlı açıqlama verib. Digər narazı iştirakçı Aycan Şükürlü isə etirazını videomüraciət ilə bildirib və nəticələrə yenidən baxılmasını istəyib.
  • RƏFAİL
    Avqust 29, 2025 - 23:20

    Səkinə xanımın mövqeyi ədalətlidir.Səkinə xanımın finalda iştiram etməməsi fürsət yaradıb ki, ədalət prinsipi pozulsun.Final Səkinə xanımın iştiirakı ilə yenidən keçirilməli,ədalət öz yerini almalıdır!

  • Sahib
    Sentyabr 1, 2025 - 19:41

    Tutalım ki, Səkinə xanım heç münsiflər heyətində yox idi.Bəs bu “xalq” artistləri vicdanlarını itiriblər?Axı onlar guya xalqın artistləridirlər.Belə deyilsə bu addan imtina etməlidirlər və gedib kiminsə artisti olmalıdırlar.Ən acınacaqlısı isə Vamiqlə Mənsumun vicdansız mövqeləridir.Münsiflər bilin ki, nəyiniz varsa itirdiniz.Hətta artıq sizin mahnılara da qulaq asmaq adamda ikrah yaradır.Təəssüf, çox təəssüf…

  • Məzahir
    Sentyabr 3, 2025 - 14:30

    Müxtəsər kim, böylə dünyadan gərək etmək həzər,
    Öndan ötrü ki deyildir öz yerində xeyrü şər,
    Alilər xaki-məzəllətdə, dənilər mötəbər,
    Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlindən zər,
    İşlənən işlərdə ehkamü ləyaqət görmədim!
    Molla Pənah Vaqifin “Görmədim” müxəmməsindən bir bənd.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*