“Bu, sülh müqaviləsi deyil, Ermənistanın ölüm şəhadətnaməsidir”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Arman Abovyan bildirib.
“Bu gün sülh müqaviləsindən belə danışılmır. Bu prosesi nə adlandırırsınıza, adlandırın. Amma sülhdən söhbət belə getmir. Əsas mövzu Ermənistanın parçalanmasıdır.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin əsas hədəfi hakimiyyətdə qalmaqdır.
“Sizi əmin edirəm ki, Ermənistan hakimiyyəti əvvəldən bu məsələ ilə bağlı heç bir qərar verməyib, çünki onlar qərar vermək hüquqlarını kənardan dəstəklə əvəz ediblər. Yəni kənar oyunçulara deyiblər ki, nə istəyirsiniz edin, nə lazımdırsa olsun, ən əsası bizə dəstək olun ki, hakimiyyətdə qalaq. Bu, sadəcə olaraq, əsassız bəyanat deyil, bu, reallıqdır”, – həmsöhbətimiz qeyd edib.
Politoloq həmçinin əmindir ki, Əliyevin bəyanatlarının arxasında İsrail, Türkiyə və Qərb dayanır.
Natiq Səlim,
KONKRET.az