Bu tarixdə havanın temperaturu aşağı düşəcəkbackend

Bu tarixdə havanın temperaturu aşağı düşəcək

İyulun 17-dək ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin davam edəcəyi gözlənilir.

KONKRET.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, yaxın iki gündə Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 35-38, bəzi yerlərdə isə 40°C-yə qədər yüksələcək. Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında da istilik 36°C-yə çatacaq. Dağlıq ərazilərdə isə temperatur 28-33°C arasında dəyişəcək.

Qeyd edək ki, 17 və 18 iyulda hava temperaturunun 2 dərəcə aşağı düşəcəyi gözlənilir. 19 iyulda isə temperaturun yenidən qalxacağı proqnozlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*