Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaqbackend

Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaq

Mart ayında 8 qeyri-iş günü var.

KONKRET.az xəbər verir ki, 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimində 8 Mart – Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 30, 31 mart – Ramazan bayramıdır.
Belə ki, 8 Mart–Qadınlar Günü şənbə gününə təsadüf etdiyindən həftənin bazar ertəsi, yəni martın 10-da da (ardıcıl 3 gün) iş olmayacaq.

Martın 20, 21, 22, 23 və 24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günüdür. Martın 22-si şənbə və 23-ü bazar gününə təsadüf etdiyindən ayın 25-də və 26-da da (ardıcıl 7 gün) iş olmayacaq.
Bundan başqa, 30, 31 mart isə Ramazan bayramına təsadüf edir. 30 mart tarixi isə həftənin bazar gününə təsadüf etdiyindən 1 aprel tarixində də qeyri-iş günü olacağı gözlənilir.

Məlumat üçün bildirək ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarı da gözlənilir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*