Bu təhsil müəssisələrinə ərizə qəbulu başlayır – DİQQƏT!backend

Bu təhsil müəssisələrinə ərizə qəbulu başlayır - DİQQƏT!

Bu gündən Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlayır.

Nazirliyin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, qəbulun ilk mərhələsində abituriyentlər mayın 12-dən iyunun 5-dək Dövlət İmtahan Mərkəzinin saytında (dim.gov.az) qeydiyyatdan keçərək elektron ərizələrini təsdiq etdirməlidirlər.

Elektron ərizəni təsdiq etdirmiş vətəndaşlardan ad, soyad və ata adını, ərizənin tarixi və nömrəsini, faktiki yaşadıqları ünvanı və daimi əlaqə saxlanılması mümkün olan 2 telefon nömrəsini müvafiq olaraq [email protected][email protected] elektron ünvanlarına göndərmələri xahiş olunur.

Qəbulla bağlı əlavə məlumat Müdafiə Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*