Bu universitetlərdə təhsil haqqı 90 min dollar olacaq – SİYAHIbackend

Bu universitetlərdə təhsil haqqı 90 min dollar olacaq - SİYAHI

Amerika “Ivy League” (Sarmaşıq Liqası) universitetlərində təhsil haqları 2023-cü ildə rekord həddə – 90 min dollara çata bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın şimal-şərqində liqaya üzv olan səkkiz özəl universitetdə təhsil inflyasiyanın artması səbəbindən 2022-ci ildə 5,2% bahalaşıb.

Qeyd olunub ki, yeni tədris ilində qiymət daha 4-5% artacaq.

Nəşrin məlumatına görə, ABŞ-ın ən prestijli universitetlərində təhsilin qiyməti son 12 ildə durmadan artır. Məsələn, Yel Universitetində təhsil, yemək və yaşayış 2015-ci ildə 50 min, 2019-cu ildə 70 min, 2022-ci ildə isə 80 min dollar olub.

Qeyd edək ki, Sarmaşıq Liqasına (Ivy League) – ABŞ-ın şimal-şərqində 7 ştatda yerləşən 8 özəl ali məktəb daxildir. Bu adın yaranmasına səbəb universitetlərin binalarını örtən sarmaşıqlarla bağlıdır. Liqaya daxil olan ali məktəblər təhsilin yüksək keyfiyyətilə fərqlənirlər.

Liqaya daxil olan ali məktəblər:

– Braun Universiteti — 1764-cü ildə yaradılıb. Rod-Aylend ştatının Providens şəhərində yerləşir.

– Harvard Universiteti — 1636-cı ildə yaradılıb. Massaçusets ştatının Kembric şəhərində yerləşir.

– Dartmut Kolleci — 1769-cu ildə yaradılıb. Nyu-Hempşir ştatının Hannover şəhərində yerləşir.

– Yel Universiteti — 1701-ci ildə yaradılıb. Konnektikut ştatının Nyu-Heyven şəhərində yerləşir.

– Kolumbiya Universiteti — 1754-cü ildə yaradılıb. Nyu-York şəhərində yerləşir.

– Kornel Universiteti — 1865-ci ildə yaradılıb. Nyu-York ştatının İtaka şəhərində yerləşir.

– Pensilvaniya Universiteti — 1740-cı ildə yaradılıb. Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşir.

– Prinston Universiteti — 1746-cı ildə yaradılıb. Nyu-Cersi ştatının Prinston şəhərində yerləşir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*