Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.
İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi.
Qeyd olunmalıdır ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub.
Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.
Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.
Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.
Su təchizatı və tullantı sularının axıdılması şəbəkələrinə qoşulma tarifləri
Əhali abonentləri üzrə:
Sıra №si | Borunun diametri, millimetr | Qoşulma xidmətinə görə ödəniş məbləği (ƏDV ilə, manat) | |
1. | Su təchizatı şəbəkəsi üzrə | ||
1.1 | D32 | Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu | 200 |
1.2 | Digər inzibati ərazi vahidləri üzrə | 170 | |
2. | Tullantı sularının axıdılması şəbəkəsi üzrə | ||
2.1 | D150 | Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu | 345 |
2.2 | Digər inzibati ərazi vahidləri üzrə | 290 |
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektləri üzrə:
Sıra №si | Borunun diametri,
millimetr |
Qoşulma xidmətinə görə ödənişin məbləği (ƏDV ilə, manat) |
1. | Su təchizatı şəbəkəsi üzrə | |
1.1 | D32 | 995 |
1.2 | D40 | 1015 |
2. | Tullantı sularının axıdılması şəbəkəsi üzrə | |
2.1 | D150 | 1635 |
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı mövcud və ya inşa ediləcək tikinti obyektləri üzrə:
Sıra №si | Borunun diametri, millimetr | Qoşulma xidmətinə görə ödənişin məbləği (ƏDV ilə, manat) | |||
Fiziki qoşulma üçün | Layihələndirmə işləri və fiziki qoşulma üçün | Tikinti-quraşdırma işləri və fiziki qoşulma üçün | Tikinti-quraşdırma, layhələndirmə işləri və fiziki qoşulma üçün | ||
1. | Su təchizatı şəbəkəsi üzrə | ||||
1.1 | D50 | 210 | 410 | 1255 | 1455 |
1.2 | D63 | 215 | 420 | 1300 | 1500 |
1.3 | D90 | 240 | 440 | 1425 | 1625 |
1.4 | D110 | 255 | 455 | 1530 | 1730 |
1.5 | D160 | 315 | 515 | 1895 | 2095 |
1.6 | D225 | 425 | 625 | 2535 | 2735 |
1.7 | D280 | 530 | 730 | 3190 | 3390 |
2. | Tullantı sularının axıdılması şəbəkəsi üzrə | ||||
2.1 | D200 | 245 | 505 | 2440 | 2700 |
2.2 | D300 | 295 | 555 | 2940 | 3200 |
2.3 | D400 | 350 | 610 | 3505 | 3765 |
2.4 | D500 | 525 | 780 | 5220 | 5480 |
2.5 | D600 | 680 | 940 | 6780 | 7040 |