Bu yeni messencer internetsiz işləyirbackend

Bu yeni messencer internetsiz işləyir

Tvitterin təsisçisi Cek Dorsi internetə ehtiyac duymadan işləyə bilən mesajlaşma proqramı yaradıb.

KONKRET.az axsam.az-a istinadən xəbər verir ki, tətbiq yalnız blutuz şəbəkəsi ilə işləyir.

“Bitchat” adlı mərkəzsizləşdirilmiş tətbiq hazırda beta test mərhələsindədir. Mesajlaşmaq üçün istifadəçilərdən nə telefon nömrəsi, nə də e-poçt tələb olunur.

“Bitchat” messenceri yaxınlıqdakı cihazlar arasında əlaqə quraraq mesajlaşmaq imkanı verir. Tətbiq blutuz vasitəsilə lokal klasterlər yaradır və mesajları cihazdan cihaza ötürərək standart məsafədən daha uzağa çatdırır.

Mesajlar yalnız istifadəçilərin cihazlarında saxlanılır, mərkəzləşdirilmiş serverlərdə qeyd olunmur. Bu xüsusiyyətlər sayəsində messencer senzura və izləmədən qorunan məxfi ünsiyyət təklif edir.

Dorsi layihəni şəxsi bir eksperiment adlandırıb və bildirib ki, bu işdə “Bluetooth Mesh” şəbəkələri, retranslyasiya və mesajların saxlanması və göndərilməsi modelləri, şifrələmə üsulları və bir sıra digər texnologiyalar üzərində işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*